
Quru sərhədlər bu tarixədək bağlı olacaq - RƏSMİ
- 11:46 - 25 Sentyabr
Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Avropa.info-nun xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərarla Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti bu il oktyabrın 2-dən gələn il yanvarın 2-dək uzadılıb.
Qeyd edək ki, bu qərara aid məhdudiyyətlər sırasında quru sərhədlərin bağlı qalması da var.