BBC-dən Azərbaycana qarşı SKANDAL hərəkət: Qarabağda baş verənləri provakasiya etdi

  • 11:38 - 25 Sentyabr

İngiltərənin BBC telekanalı Azərbaycana qarşı növbəti skandalla çıxış edib.

Avropa.info xəbər verir ki, "Qarabağ xalqının narahat olduğunu" əsas gətirən BBC Azərbaycanın bölgə əhalisini təmizləmək istədiyinə dair qalmaqallı açıqlamalar yayıb. 

Qeyd edək ki, Azərbaycan ordusu Qarabağda konstitusiya quruluşunun bərpası üçün antiterror əməliyyatına başlayıb. 

Sentyabrın 19-da həyata keçirilən dəqiq əməliyyatda yalnız hərbi məntəqələr hədəfə alınıb. Anti-terror əməliyyatları zamanı mülki şəxslər hədəf alınmayıb.  

Təxminən 24 saat davam edən əməliyyat nəticəsində bölgədəki qeyri-qanuni erməni terror dəstələri silahlarını yerə qoyub. 

"Dağlıq Qarabağda çaxnaşma var. Azərbaycan etnik təmizləmə narahatlığını inkar edir" başlıqlı xəbərdə deyilir: 

"Azərbaycan ordusunun 120 min erməninin yaşadığı qəsəbəni təslim olmağa məcbur etməsi cəmi 24 saat çəkdi". 

Britaniya mediasından olan BBC Qarabağda mənfi rəy formalaşdırma əməliyyatına cəhd edib. Rayonda “etnik təmizləmə”nin getdiyi barədə əsassız iddialar səsləndirilib. 

Bildirilib ki, Azərbaycan ordusunun irəliləməsi nəticəsində çoxlu mülki əhali kəndləri tərk edib. 

BBC bölgədən baş verən hadisələri reallıqdan kənar təqdim etməyə çalışıb. Qarabağda baş verən hadisələrdə faktları gizlətmək, yalan tirajlamaq üçün separatçıları danışdırıb. 


Oxunma sayı: 3686

Oxşar yazılar