Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa və Zəngəzur dəhlizini açmağa hazırdır - İrəvandan RƏSMİ AÇIQLAMA

  • 01:19 - 25 Sentyabr

Bizim Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün tarixi imkanımız var və buna çox yaxınıq." 

Avropa.info xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. 

Simonyan Zəngəzur dəhlizinin açılmasının Ermənistan üçün də prioritet olduğunu bildirib. 

"Bu yolların açılması bizim üçün prioritet məsələdir və Ermənistan avtomobil yolu və hətta dəmir yolu çəkməyə hazırdır. Biz həqiqətən də bu tarixi fürsətdən yararlanmaq üçün Qranadada keçiriləcək görüşdə irəliləmək istərdik. Əbədi müharibənin heç kimə faydası yoxdur”, - deyə o bildirib.  

Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsselə işgüzar səfərə gedəcək. Sentyabrın 26-da Qriqoryanın Ermənistan və Azərbaycan liderlərinin oktyabrın 5-nə planlaşdırılan görüşünə hazırlıq məqsədilə Fransa prezidenti Makron, Almaniya kansleri Şolz, Avropa Şurasının rəhbəri Mişel və Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşləri nəzərdə tutulub. 


Oxunma sayı: 3268

Oxşar yazılar