"Azərbaycan 90 vacib nöqtəni məhv etməklə separatçıları tamamilə bitirdi" - Ərdoğandan Qarabağ AÇIQLAMASI

  • 21:20 - 21 Sentyabr

Bu, Qarabağda talançı erməni komandası ilə bağlı məsələdir. Onların qondarma "prezident seçkiləri" keçirmək cəhdi həm Paşinyanı, həm də Azərbaycanı ciddi narahat edib."

Avropa.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda separatçılara qarşı keçirilmiş anti-terror tədbirləri haqda danışarkən deyib.

"Çünki Azərbaycan bu hadisəyə “hələ də davam edən bir prosesi alovlandırırlar” kimi baxırdı. Bu arada, təbii ki, qardaşlarımızın şəhid olması hadisəni çox fərqli səviyyəyə qaldırdı. Xəbərdarlıqlar edildi, lakin bütün bu xəbərdarlıqlara baxmayaraq prosesi davam etdirdilər. Onlar buna davam edəndə Azərbaycan da öz addımını atdı və gecikmədən oradakı əməliyyatlarını başa vurdu.

Əməliyyatı başa vurduqdan sonra mənə dedilər ki, 90-a yaxın vacib nöqtəni vurdular, 90 nöqtəni vurmaqla artıq onları bitirdilər. Və Azərbaycan onlara dedi ki, bütün hərbi maşınları, texnikanı, döyüş sursatı və s. verəcəksən. Milli müdafiə nazirimiz Yaşar Gülər ​​görüşlərini keçirdi və bu gün mənim də qardaşım İlham Əliyevlə görüşlərim oldu. Bu məqamda o, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında etdiyim çıxışa görə mənə təşəkkür etdi və “separatçılar bir daha orada nəfəs ala bilməyəcəklər” dedi. "Biz artıq işi bitirmişik. "Heç bir problem yoxdur". dedi", - deyə Ərdoğan qeyd edib.


Oxunma sayı: 7107

Oxşar yazılar