Selçuk Bayraktardan düşmənə qorxu salan Qarabağ PAYLAŞIMI - FOTO

  • 20:20 - 20 Sentyabr

"Baykar" texnologiya şirkətinin icraçı direktoru Selçuk Bayraktar Azərbaycanın atəşkəs çərçivəsində antiterror əməliyyatlarını dayandırmasından sonra diqqətçəkən paylaşım edib. 

Avropa.info xəbər verir ki, əməliyyat boyu erməni hədəflərini məhv edən Bayraktar İHA-nın Türkiyə və Azərbaycan bayraqları ilə fotosunu paylaşan Bayraktar "Qarabağ Azərbaycandır" yazıb. 

Selçuk Bayraktar rəsmi X hesabından etdiyi paylaşımda aşağıdakı ifadələrdən istifadə edib: 

"Biz tarix boyu paylaşdığımız qədər birliyini bu gün də davam etdiririk. Qürurla Azərbaycanın haqlı Qarabağ davasının yanındayıq. Qarabağ Azərbaycandır..."


Oxunma sayı: 3103

Oxşar yazılar