Rəsmi Moskvadan Qarabağla bağlı SENSASİON ETİRAF - FOTO
- 20:11 - 20 Sentyabr
Kreml Qarabağda “etnik təmizləmə” haqqında danışmaq üçün heç bir əsas görmür.
Avropa.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Birinci Kanala açıqlamasında deyib.
"Etnik təmizləmədən danışmaq üçün hələ heç bir səbəb yoxdur. Bunun üçün birbaşa təmaslar var və bu zaman biz mümkün narahatlıqlarımızı çatdırırıq", - o deyib.
Peskov Bakının Azərbaycan Silahlı Qüvvələrinin mülki hədəflər üzərində işləmədiyi, yalnız hərbi obyektlərin hədəfə alındığı barədə bəyanatlarına diqqət çəkib. “Biz əminik ki, Qarabağın erməni əhalisinin bütün hüquqları və təhlükəsizliyi təmin edilməlidir”, - deyə Peskov bildirib.
Peskov bildirib ki, Rusiya Qarabağdakı vəziyyətin indi Azərbaycanın daxili işi olduğunu qəbul edir. “Əlbəttə, Qarabağ Azərbaycanın daxili işidir”, - deyə o, müvafiq sualı cavablandırıb. “Azərbaycan isə Ermənistan rəhbərliyi tərəfindən tanınan öz ərazisində fəaliyyət göstərir”, - Peskov əlavə edib.