Azərbaycan Qarabağdakı separatçılara konkret siyahı TƏQDİM ETDİ

  • 16:31 - 20 Sentyabr

Azərbaycan tərəfi bu gün Qarabağdakı separatçılara konkret siyahı təqdim edib və orada adları olan şəxslərin Bakıya təhvil verilməsini tələb edib.

Avropa.info musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Həmin siyahıda Qarabağdakı separatçıların keçmiş liderlərinin, separatçılıq prosesində aktiv olan şəxslərin, hərbçilərin, habelə I və II Qarabağ savaşlarında Azərbaycan Ordusu və mülki əhaliyə qarşı qəddarlıq etmiş, ağır cinayətlər törətmiş şəxslərin adları qeyd olunub.


Oxunma sayı: 3521

Oxşar yazılar