Paşinyandan SON DƏQİQƏ açıqlaması

  • 14:35 - 20 Sentyabr

Ermənistan Qarabağa dair imzalanmış mətnin hazırlanmasında və müzakirələrdə iştirak etməyib.

Avropa.info TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. 

"Biz baş verənləri qeyd edirik və hadisələrin gedişatını izləməyə davam edəcəyik", - Paşinyan Ermənistan xalqına müraciətində qeyd edib. 

Paşinyan atəşkəs əldə edildikdən sonra Rusiya sülhməramlılarının Qarabağdakı mülki erməni əhalini qoruyacağına ümid etdiyini bildirib. “Ehtimal olunur ki, əgər sülhməramlılar belə bir təklif irəli sürüblərsə, bu o deməkdir ki, onlar Qarabağdakı ermənilərinin təminatına görə tam və qeyd-şərtsiz tam məsuliyyəti öz üzərlərinə götürüblər, bu da o deməkdir ki, onlar Qarabağdakı ermənilərinin hüquqlarına tam şərait yaratmalıdırlar". - deyə o bildirib.


Oxunma sayı: 3257

Oxşar yazılar