Ermənilər Rusiyaya yalvardı: "Bizi xilas edin..." - VİDEO

  • 12:23 - 20 Sentyabr

Ermənistan hökumətinin passiv qaldığını düşünən Ermənistan vətəndaşları paytaxt İrəvanda Rusiyadan kömək istəyiblər. 

Avropa.info bildirir ki, Azərbaycan Müdafiə Nazirliyi Qarabağda konstitusiya quruluşunun bərpası məqsədilə antiterror əməliyyatına başlanıldığını açıqlayıb. Məlumatda mülki şəxslərin hədəf alınmadığı bildirilib və əlavə edilib: “Baş verənlər Ermənistanın Azərbaycana qarşı məqsədyönlü və planlı terror siyasətinin davamıdır”.  

Ermənistan Müdafiə Nazirliyi Bakının Qarabağ bölgəsində ermənipərəst separatçılara qarşı "yerli antiterror fəaliyyətinə başladığını" elan etməsindən sonra Azərbaycan sərhədində vəziyyətin stabil olduğunu açıqlayıb. 

Ermənistan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına və Rusiya Sülh Qüvvələrinə müraciət edərək, Azərbaycanı Qarabağdakı əməliyyatı dayandırmaq üçün xəbərdarlıq etməyə çağırıb. 

Ermənistan hökumətinin passiv qaldığını düşünən Ermənistan vətəndaşları paytaxt İrəvanda Rusiyadan kömək istəyiblər. 

İrəvana toplaşan yüzlərlə erməni Rusiya səfirliyinə doğru yürüş edib. Rusiyanın müharibəyə qarışmasını istəyən etirazçıların bu çağırışına Rusiyada hələlik reaksiya verilməyib.


Oxunma sayı: 6491

Oxşar yazılar