Akopyan yalvardı: Danışığa gedin...

  • 12:05 - 20 Sentyabr

Bir müddət öncə Azərbaycanın humanitar yardımlarını qəbul etməyəcəklərini, Azərbaycan məhsulu gələcəyi halda onu yandıracaqlarını, Azərbaycan çörəyini yeməyəcəklərini bəyan edən, Yevlaxa danışığa gəlməkdən imtina edən separatçılar indi danışıqlar üçün yalvarmağa başlayıblar.

Avropa.info axar.az-a istinadən bildirir ki, erməni jurnalist Tatul Akopyan Ermənistan hakimiyyətini və Qarabağdakı separatçıları danışıqlara başlamağa çağırıb.

"Aldığım məlumata görə, Azərbaycan Ordusu müdafiə xəttini yararaq Xocavənd və Əsgəran istiqamətində irəliləməyə başlayıb. Ermənistandakı və Qarabağdakılar, danışıqlara qoşulun və həmvətənlərimizi xilas edin. Qərarları qəbul etməkdən qorxmayın. Azərbaycanla danışıqlara gedin", - Akopyan bildirib. 


Oxunma sayı: 3950

Oxşar yazılar