Ərdoğan İsrailin baş naziri Netanyahu ilə ilk dəfə görüşdü

  • 11:01 - 20 Sentyabr

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşüb. 

Avropa.info bildirir ki, Türkiyə Prezidenti yanında Kommunikasiya İdarəsindən verilən məlumata görə, Nyu-Yorkda Türkevidə keçirilən görüşdə tərəflər iki ölkə arasında siyasi və iqtisadi əlaqələri, İsrail-Fələstin münaqişəsi ilə bağlı son prosesləri, həmçinin beynəlxalq və regional məsələləri müzakirə ediblər. 

Ərdoğan görüşdə Türkiyənin İsraillə enerji, texnologiya, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində ortaq fəaliyyət göstərə biləcəyini bildirib. Onun sözlərinə görə, tərəflər sülh naminə birgə çalışmalıdırlar. 

İclasda həmçinin xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, AK Partiya sözçüsü Ömər Çelik, MİT rəhbəri İbrahim Kalın, prezidentin kommunikasiyalar üzrə direktoru Fahrettin Altun və prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç iştirak ediblər. 

Prezident Ərdoğan İsrailin baş naziri ilə görüşdən sonra sosial şəbəkələrdə qeyd paylaşıb. 

“BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşümüz oldu. Məsləhətləşmələrimizin ölkəmiz və regionumuz üçün faydalı olmasını arzu edirəm”, - deyə Ərdoğan bildirib.


Oxunma sayı: 6579

Oxşar yazılar