Lüksemburqdan SKANDAL hərəkət: Xarici işlər naziri MİT-in öldürdüyü PKK terrorçusuna başsağlığı verdi - FOTO

  • 09:28 - 20 Sentyabr

Lüksemburqun xarici işlər naziri Jan Asselbron Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) əməliyyatı nəticəsində Suriyanın Mənbic şəhərində öldürülən terrorçu üçün qalmaqal yaradıb və başsağlığı mesajı yazıb.

Avropa.info xəbər verir ki, Lüksemburqun xarici işlər naziri Jan Asselborn ötən cümə günü Suriyanın Mənbic şəhərində PUA-nın hücumu nəticəsində məhv edilən terrorçular üçün başsağlığı verib.

Nazir Asselborn 2016-cı ildə hücumun hədəflərindən olan “Şervin Serdar” kod adlı terrorçu Uman Dərvişlə görüşüb. Nazir Asselborn skandal mesajında ​​”Şervin Serdarın itkisi bu ağır hücumun insanlara verdiyi dərin kədəri əks etdirir” deyib.

Qeyd edək ki, MİT “Şervin Serdar” kod adlı terrorçu Uman Dərvişin Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı əməliyyatlar həyata keçirməsi və Türkiyədə əməliyyat keçirmək üçün təlim keçmiş terrorçulara komandanlıq etməsi səbəbilə səhra agentləri ilə birlikdə təqib etdib. Suriyanın Mənbic bölgəsində olan terrorçu Uman Dərviş nöqtə əməliyyatı ilə zərərsizləşdirilib.


Oxunma sayı: 6018

Oxşar yazılar