Türkiyədən Azərbaycana TAM DƏSTƏK BƏYANATI - "Azərbaycanın öz suveren ərazisində lazım bildiyi anti-terror əməliyyatı həyata keçirir"

  • 23:58 - 19 Sentyabr

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağda başlatdığı antiterror əməliyyatı ilə bağlı açıqlama yayıb.

Avropa.info xəbər verir ki, nazirlikdən verilən açıqlamada “Azərbaycanın öz suveren ərazisində lazım bildiyi tədbirləri görməli olduğu” vurğulanıb.

Bəyanatda Azərbaycanın silahlı hücumlara və təxribatlara qarşı hərbi əməliyyatlara başladığı, Azərbaycanın öz suveren ərazisində lazımi tədbirlər görməli olduğu bildirilib.

“Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin Azərbaycan ordusuna və təhlükəsizlik qüvvələrinə qarşı uzun müddətdir davam edən silahlı hücumlarına və təxribatlarına cavab olaraq bu gün (19 sentyabr) Azərbaycan ordusu tərəfindən antiterror əməliyyatı keçirilib və yalnız hərbi elementləri hədəf alınır.

İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən üç ilə yaxın müddətdə vəziyyətlə bağlı daim ifadə etdiyi haqlı narahatlıqların həll edilməməsi nəticəsində Azərbaycan öz suveren ərazisində zəruri hesab etdiyi tədbirləri görməli olmuşdur. 

Hesab edirik ki, Azərbaycan və Ermənistan arasında indiyədək ciddi şəkildə aparılan hərtərəfli danışıqlar prosesinin nəticəyönümlü şəkildə davam etdirilməsi regionda sülh, təhlükəsizlik, firavanlıq və daimi sabitliyin bərqərar olmasının yeganə yoludur", - deyə bəyanatda qeyd olunur.


Oxunma sayı: 1112

Oxşar yazılar