İrandan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ: "Qarabağ Azərbaycanındır"

  • 23:09 - 19 Sentyabr

Azərbaycanın Qarabağda antiterror əməliyyatı davam etdiyi bir vaxtda İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani Qafqazda baş verən son hadisələrdən narahat olduqlarını bildirib. 

Avropa.info xəbər verir ki, Azərbaycan və Ermənistan arasındakı problemin dialoq yolu ilə həllinə çağıran Kənani Azərbaycan və Ermənistanı atəşkəs qaydalarına əməl etməyə dəvət edib. "İran olaraq biz Qarabağı Azərbaycan ərazisi kimi görürük. Orada yaşayanların hüquq və təhlükəsizliyi bu çərçivədə dialoq yolu ilə həll edilməlidir", - deyə İran XİN rəsmisi bildirib.

Region ölkələrinin problemlərin həllində mühüm rola malik olduğunu vurğulayan Kənani İranın 3+3 formatında danışıqlarda iştirak etməyə hazır olduğunu vurğulayıb.


Oxunma sayı: 892

Oxşar yazılar