“Azərbaycan ordusu Qarabağda Ermənistan silahlı qüvvələrinin müdafiə xəttini bir neçə yerdən yarıb” –HİKMƏT HACIYEV

  • 21:36 - 19 Sentyabr

Azərbaycan Silahlı Qüvvələri Qarabağda Ermənistanın silahlı qüvvələrinin təmas xəttini bir neçə yerdə yarıb və strateji məqsədlərinə çatmaq əzmindədir.

Avropa.info xəbər verir  ki, bu sözləri Reuters agentliyinə müsahibəsində prezident İlham Əliyevin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev bildirib.

H.Hacıyev bildirib ki, Bakı Qarabağ erməniləri yalnız ağ bayraq qaldırıb tərksilah etdikdən sonra onlarla danışmağa hazır olacaq. Onun sözlərinə görə, Azərbaycanın qonşu Ermənistanda heç bir hərbi hədəfi yoxdur: “Azərbaycanın niyyəti düşmənçilik və qarşıdurma səhifəsini bağlamaqdır. “Artıq yetər. Ərazimizdə belə silahlı qüvvələrin olmasına, eləcə də Azərbaycanın təhlükəsizliyinə və suverenliyinə hər gün meydan oxuyan struktura artıq dözə bilmərik”.

Onun sözlərinə görə, Bakının antiterror tədbiri  strateji məqsədi -öz ərazisi üzərində tam suverenliyin təmin olunamasıdır.


Oxunma sayı: 2663

Oxşar yazılar