İrəvanda etiraz aksiyasında qarşıdurma: Polis səs bombasından istifadə edir - VİDEO

  • 21:27 - 19 Sentyabr

Ermənistan polisi ölkənin baş naziri Nikol Paşinyanın istefası tələbi ilə Nazirlər Kabinetinin binası yaxınlığında toplaşan etirazçılara qarşı xüsusi vasitələrdən, o cümlədən səs bombalarından istifadə etməyə başlayıb. 

Avropa.info xəbər verir ki, aksiya yerli portallarda yayımlanır. 

Bir etirazçının huşunu itirdiyini göstərən görüntülərdə qarşıdurmalar davam edir.

Aksiya iştirakçıları Qarabağda baş verən hərbi əməliyyatlar fonunda onların fikrincə, “satqın” olan və “heç nə etməyən” Paşinyanın istefasını tələb edirlər. 

Müxtəlif agentliklərin müxbirləri bildirirlər ki, etirazçılar hökumət binası yaxınlığındakı polis kordonunu yarmağa çalışırlar.


Oxunma sayı: 5963

Oxşar yazılar