Ərdoğan BMT tribunasından qəti şəkildə BƏYAN ETDİ : "Qarabağ Azərbaycan torpağıdır, başqa heç bir status qəbul edilməyəcək" (VİDEO)

  • 21:12 - 19 Sentyabr

"Biz əvvəldən Azərbaycan və Ermənistan arasında danışıqlar prosesini dəstəkləmişik. Ancaq görürük ki, Ermənistan bu tarixi fürsətdən istifadə edə bilmədi."

Avropa.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 78-ci konfransında çıxışı zamanı deyib.

"Biz Ermənistandan verdiyi vədləri yerinə yetirməsini, xüsusən də Zəngəzur dəhlizinin açılmasını gözləyirik. Artıq hamının qəbul etdiyi kimi, Qarabağ Azərbaycan ərazisidir. Bundan başqa hər hansısa status heç vaxt qəbul edilməyəcək. Bir millət, iki dövlət devizi ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün atdığı addımları dəstəkləyirik", - deyə Ərdoğan qed edib.


Oxunma sayı: 3708

Oxşar yazılar