Bütöv Azərbaycan Ocaqları bəyanat yaydı: "Dövlətimizin və Ordumuzun yanındayıq"

  • 21:19 - 19 Sentyabr

Bütöv Azərbaycan Ocaqları (BAO) Qarabağda başladılan anti-terror əməliyyatları ilə bağlı bəyanat yayıb.

Avropa.info həmin bəyanatı təqdim edir:

"Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycanın şanlı ordusunun bölgədə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinə dəstəyimizi ifadə edir, qəhrəman Ordumuza Zəfər arzulayırıq!

Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq, Azərbaycan Dövlətinin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti dəstəklədiyimizi bəyan edirik.

Xalqımızı Vətən müharibəsində olduğu kimi bu şərəfli işdə də həmrəyliyə, Azərbaycan Dövlətini dəstəkləməyə çağırırıq".


Oxunma sayı: 2080

Oxşar yazılar