“Biz hamını Azərbaycan ərazisinin Ermənistan tərəfindən tanınması faktını nəzərə almağa çağırırıq”-KREMLDƏN AÇIQLAMA

  • 20:42 - 19 Sentyabr

“Biz hamını yeni reallıqları, yəni 1991-ci ildən Azərbaycan ərazisinin Ermənistan tərəfindən tanınması faktını nəzərə alaraq əməl etməyə çağırırıq”.

Azpost.info “Kommersant”a istinadən bildirir ki, bu sözləri Kremlin mətbuat katibi Peskov bildirib.

Onun sözlərinə görə, Moskva Qarabağda hərbi əməliyyatların başlanmasından narahatdır.

Onun sözlərinə görə, hazırda əsas məsələ regionda insanların təhlükəsizliyini təmin etməkdir.

“Biz həm Ermənistan, həm də Azərbaycan tərəfi ilə əlaqə saxlayırıq. Hərbçilərimiz nizamlanma prosesinin siyasi və diplomatik kanala qaytarılması üzərində işləyir”, – deyə prezidentin mətbuat katibi bildirib.

O vurğulayıb ki, Moskva 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli sənədləri nizamlanma üçün ən yaxşı əsas hesab edir. “Biz hamını bu sənədlərin müddəalarına, təbii ki, yeni reallıqları, yəni 1991-ci ildən Azərbaycan ərazisinin Ermənistan tərəfindən tanınması faktını nəzərə alaraq əməl etməyə çağırırıq”, – Peskov əlavə edib.


Oxunma sayı: 2751

Oxşar yazılar