Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları Laçın-Xankəndi yolundan keçib - VİDEO

  • 09:58 - 18 Sentyabr

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yüklər daşıyan Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları Laçın-Xankəndi yolundan keçib.

“Report”un əraziyə ezam olunmuş əməkdaşı xəbər verir ki, maşınlara vizual baxış keçirildikdən sonra onların keçidi təmin olunub. Hazırda bir maşın əraziyə yük daşıyır.

Bundan başqa, üç minik maşını ərazidən keçir.
Bununla paralel olaraq Ağdam - Xankəndi yolu vasitəsilə də Qarabağa ərzaqlar daşınır.

Qeyd edək ki, sülhməramlıların müvəqqəti yerləşdiyi Laçın-Xankəndi va Ağdam-Xankəndi yolu vasitəsilə əraziyə ərzaqların daşınması barədə sentyabrın 1-də razılıq əldə olunub.

***07:06

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobilləri Ağdam-Xankəndi yolundadır.

Bu barədə “Report”un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir.

Belə ki, Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus bir yük, iki minik maşınındakı yüklər Ağdam-Xankəndi yolu vasitəsilə Xankəndiyə aparılacaq.
Daha sonra isə avtomobillərin içərisindəki yüklərin Qarabağda yaşayan erməniəsilli şəxslərə çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, sentyabrın 17-də Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, BQXK Azərbaycan tərəfinə müraciət edərək qarşı tərəfin 18 sentyabr tarixində Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel olaraq yüklərin qəbuluna razı olduğu barədə ilkin məlumat verib. Bildirilib ki, yaxın zamanlarda BQXK tərəfindən Azərbaycan tərəfinə bu barədə rəsmi nota təqdim edilməsi gözlənilir. Əvvəllər də qeyd edildiyi kimi, Azərbaycan tərəfi ölkəmizin qanunvericiliyinin tələblərinə riayət olunmaqla, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel istifadənin təşkilinə hazırdır.


Oxunma sayı: 3048

Oxşar yazılar