Jurnalistlər və bloqqerlər üçün təlim ELAN edilir

  • 13:02 - 17 Sentyabr

Sosial müdafiə hüquqlarının həyata keçirilməsi vəziyyətinin mediada işıqlandırılması

İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü İctimai Birliyi çap və rəqəmsal media orqanlarında fəaliyyət göstətən jurnalistlər və bloqqerlər üçün “Sosial müdafiə hüquqlarının həyata keçirilməsi vəziyyətinin mediada işıqlandırılması” mövzusunda 2 günlük təlim təşkil edəcək.

Təlim təşkilatın həyata keçirdiyi ``Həssas insanların sosial təminat hüquqlarının təşviqi və səmərəli müdafiəsi üçün yerli bacarıqların artırılması`` layihəsi çərçivəsində baş tutur. Avropa İttifaqının maliyyə dəstəyilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının icra etdiyi “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” proqramı tərəfindən dəstəklənən bu layihə ümumilikdə aztəminatlı ailələr, qadınlar, əlillik və digər səbəblərdən həssas vəziyyətdə olan şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılmasını hədəfləyir.

Layihənin xüsusi məqsədlərindən biri də sosial təminat hüquqlarının həyata keçirilməsinə dair məsələlərin mediada daha geniş işıqlandırılması, bu sahədə ictimai məlumatlılığın və ictimai müzakirələrin artırılmasında medianın iştiakını gücləndirməkdən ibarətdir.

Bu məqsədlə sosial-iqtisadi siyasət, sosial hüquqlar, insan haqları  və s. bu kimi mövzuları işıqlandıran media nüməyəndələri Bakıda keçiriləcək təlimə dəvət olunur. Təlim ölkənin sosial müdafiə gündəliyinə aid aktual məsələlər üzrə məlumat yayımı və təhlilləri üçün jurnalistlərin və bloqqerlərin bilik və bacarıqlarını artırmağı, həmçinin bu sahədə jurnalist araşdırmalarında istifadə edilən zəruri resurslar və informasiya mənbələri ilə işləmək təcrübələrini inkişaf etdirməyi hədəfləyir. Bundan əlavə, təlimdə iştirakçılar sosial müdafiəyə dair insan hüquqları çərçivələri və insan hüquqları aspektindən yanaşmalar haqqında məlumatlandırılacaqlar.

Təlimin aşağıdakı tarixlərdə Bakı şəhərində keçirilməsi nəzərdə tutulur:
Gün 1 - 30 sentyabr, 2023-cü il, saat 10.00-17.00
Gün 2 - 01 oktyabr, 2023-cü il, saat 10.00-13.00

Təlimdə iştirak etmək istəyən jurnalistlər və bloqqerlər 25 sentyabr 2023-cü il, saat 18.00-a kimi aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:  https://bit.ly/TRAINMEDIA

Təlim iştirakçılarının seçimi 27 sentyabrda başa çatacaq və seçilmiş 20 nəfər iştirakçı ilə əlaqə saxlanılacaq.

Təlimin ardınca iştirakçılar arasında ``Sosial təminat hüquqlarının təşviqi və müdafiəsinə töhfə verən media materiallarının hazırlanması"na dair müsabiqə keçiriləcək. Müsabiqə şərtləri haqqında əlavə məlumat mediada və təlim gedişində təqdim ediləcək.  

İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü İctimai Birliyi
Tel: 050 358 38 66
Email: [email protected]  


Oxunma sayı: 6161

Oxşar yazılar