ANAMA-nın avtobusu Laçında qəzaya uğradı - Yaralılar var

  • 14:33 - 16 Sentyabr

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) avtobusu Laçın rayonu ərazisində qəzaya uğrayıb, 3 əməkdaş xəsarət alıb.

Bu barədə Avropa.info-ya ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, sentyabrın 16-da Laçın rayonu ərazisində agentliyə məxsus avtobus qəzaya uğrayıb:

"Avtobusda olan agentliyin 3 əməkdaşı yüngül xəsarətlər alıb. Xəsarət alan şəxslər yaxınlıqdakı xəstəxanaya təxliyə ediliblər. Xəsarət alan şəxslərin vəziyyəti stabildir. Həyatları üçün təhlükə yoxdur".


Oxunma sayı: 3521

Oxşar yazılar