DİN türkiyəli polisi Azərbaycan bayrağına hörmət göstərdiyinə görə mükafatlandırdı

  • 22:56 - 15 Sentyabr

Azərbaycanın Daxili İşlər Nazirliyi Eskişehirdə keçirilən Türkiyə-Ermənistan matçı başlamazdan əvvəl Azərbaycan bayrağına hörmət göstərdiyinə görə türkiyəli polis əməkdaşı Ramazan Şahini mükafatlandırıb. 

Avropa.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov Şahinin “Beynəlxalq əməkdaşlığa görə” döş nişanı ilə təltif edilməsi haqqında əmr imzalayıb. 

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları Türkiyənin Düzcə vilayətinə gedib, orada Şahinə medal və xatirə hədiyyələri təqdim ediblər. 

Mərasimlər Düzce İl Polis İdarəsində şöbə müdiri İbrahim Ergüderin iştirakı ilə baş tutub. 

Sentyabrın 8-də Türkiyə və Ermənistan yığmaları arasında Eskişehir stadionunda keçirilən oyuna azarkeşlərdən biri özü ilə Azərbaycan bayrağını gətirib. 

Azarkeşləri yoxlayanda Ramazan Şahin Azərbaycan bayrağını çıxararaq qatlayıb, öpüb və alnına qoyub. Azərbaycanda bu addım ölkənin dövlətçilik rəmzinə hörmətin təzahürü kimi qəbul edilib.


Oxunma sayı: 5721

Oxşar yazılar