İstanbulun dəbdəbəli məkanında silahlı QARŞIDURMA: Azərbaycan vətəndaşı yaralandı - FOTO

  • 18:36 - 15 Sentyabr

İstanbulun Sarıyer səmtində motosikletdə olan iki şəxs kafeyə atəş açıb. Açılan atəşə silahlı qarşılıq verən 6 İsveç vətəndaşı və qaçdıqları avtomobilin sürücüsü saxlanılıb.

Avropa.info xəbər verir ki, İsveç əsilli şübhəlilərin evlərində və avtomobillərində aparılan axtarış zamanı 2 sənədsiz silah, çoxlu güllə, pnevmatik tüfəng və tapança ilə bəzi narkotik vasitələrin ələ keçirildiyi məlum olub.

Sentyabrın 6-da yerli vaxtla saat 21:00 radələrində Maslakın Sarıyer bölgəsində dəbdəbəli bir yerdə yerləşən kafedə baş verən hadisədə iki nəfər motosikletlə gələrək içəridəki insanlara silahlı hücum edib. Motosikletlə hadisə yerinə maska taxaraq gələn və nömrəsi örtülü olan təcavüzkarların hücum edənlərə silahla cavab verməsi ilə qarşıdurma yaranıb. Qısamüddətli atışmadan sonra motosikletli şübhəlilər hadisə yerindən qaçıblar.

Kafedəki qrup mikroavtobusa minərək hadisə yerindən qaçıb. Silahlı qarşıdurma zamanı kafeyə müştəri kimi gələn Azərbaycan əsilli E.A (37) sol qolundan və ayağından yaralanıb. E.A xəstəxanaya yerləşdirilib. müalicə olunub. Hadisə yerinə polis qrupu gəlib keçib və qaçan şübhəliləri təqib edib. Hadisə yerində aparılan axtarış zamanı şüşələrə 7 atəşin açıldığı müəyyən edilib. Ətrafdan 9 mm diametrli 9 ədəd boş patron aşkar edilib. Tapılan dəlillər ekspertiza üçün polisin kriminal laboratoriyasına göndərilib.

Hadisə ilə bağlı polisin başlatdığı araşdırmada kafedə olan və silahla cavab verən qrupun hadisə yerindən qaçdığı lüks mikroavtobusun nömrəsi müəyyən edilib. İsveç əsilli İ.A (33) adlı şəxs mikroavtobusla birlikdə saxlanılıb. Mikroavtobusun sürücüsü K.K. (47) və İsveç əsilli şübhəlilər Richard İço M. (23), Mevludın M. (31), Salah K.M.A.Z. (24), Elvır M. (22), Harris L.O. (30) həbs edilib. Başakşehir və Sarıyer rayonlarında müəyyən edilən ünvanlarda aparılan axtarış zamanı İsveç əsilli Setalla M.A.S.-nin (21) tutulması ilə saxlanılanların sayı 7-yə yüksəlib.

Şübhəlilərin qaçdıqları avtomobillərə və evlərinə baxış zamanı sənədsiz “Sar 9 Mete” 9 millimetrlik tapança, bir “Glock” markalı tapança, 169 ədəd 9 millimetrlik güllə, 2 ədəd rulmanlı tapança, bir pnevmatik tüfəng, 12 ədəd pnevmatik silah patronu, pnevmatik tapança lülələri və narkotik maddələr tapılıb.


Oxunma sayı: 52911

Oxşar yazılar