Şahzadə Diananın bu paltarı fantastik qiymətə satıldı - FOTO

  • 16:32 - 15 Sentyabr

Şahzadə Diananın ağ qoyun cərgələrinin ortasında qara qoyun toxunuşu olan qırmızı sviteri “Sotheby's” Hərrac Evinin Nyu-York şöbəsində 1 milyon 140 min dollara satılıb.

Avropa.info xəbər verir ki, hərrac avqustun 31-də başlayıb və təklif olunan ən yüksək qiymət hərracın son dəqiqələrinə qədər 200 min dollardan aşağı olub.

“Sotheby's” sviterin təxmini dəyərinin 50 ilə 80 min dollar arasında olduğunu bildirib. Hərrac evi sviterin alıcısının adını açıqlamayıb.

Mart ayında bir evin çardağında tapılan trikotaj sviter Şahzadə Diananın son illərdə satılan ən bahalı əşyası olub.

Diananın “Ford Escort” markalı avtomobili də keçən il 806 min dollara satılıb.

Qeyd edilir ki, sviterin dizaynı şahzadə Diananın kral ailəsindəki mövqeyini göstərir.

Lakin moda tarixçiləri Diananın 1981-ci ildə, Kral Çarlzla evlənməsindən bir ay əvvəl geyindiyi sviterlə mesaj göndərmədiyinə inanırlar.

Diana sviteri geyinəndən sonra onu istehsal edən “Warm and Wonderful” şirkəti məşhurlaşıb.

Bukingem sarayı evləndikdən dərhal sonra şirkətə məktub yazaraq sviterin xarab olduğunu bildirərək, yenisini istəyib. Şahzadə Diana daha sonra 1983-cü ildə polo matçında yeni sviteri geyinib.

 


Oxunma sayı: 4918

Oxşar yazılar