Türkiyə Milli Müdafiə Nazirliyindən Azərbaycana möhtəşəm bayram TƏBRİKİ- VİDEO

  • 12:28 - 15 Sentyabr

Türkiyənin Milli Müdafiə Nazirliyi Qafqaz İslam Ordusu tərəfindən Bakının erməni və bolşevik quldur dəstələrindən azad edilməsinin 105-ci ildönümü münasibətilə video yayıb.

Avropa.info xəbər verir ki, video görüntüyə Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin birgə təlimlərinin görüntülərini əks etdirən təbrik məktubu əlavə olunub.

“Bakının düşmən işğalından azad edilməsinin 105-ci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edirik. Azərbaycan türk qardaşlarımızı darda qoymayan Nuri (Killigil) Paşanı və onun tabeliyində olan Qafqaz İslam Ordusunun qəhrəmanlarını sayğı və rəhmətlə yad edirik. Necə ki, 105 il əvvəl olduğu kimi, bu gün də biz azərbaycanlı bacı-qardaşlarımızla bir ürək, bir yumruq olmaqda davam edirik”, - müraciətdə deyilir.

Bu gün Azərbaycanda Qafqaz İslam Ordusu tərəfindən Bakının erməni quldur dəstələrindən və bolşevik birləşmələrindən azad edilməsinin 105-ci ildönümü qeyd olunur.

1918-ci il sentyabrın 15-də Nuri Paşa Killigilin komandanlığı altında olan ordu Bakını azad edib və bu, gənc Azərbaycan hökumətinin 1918-ci il mayın 28-dən sonra görüşdüyü Gəncədən köçməsinə imkan verib.

Azərbaycanlılar türk ordusunun qəhrəmanları və 105 il əvvəl qardaş xalqın köməyinə tələsmiş Nuri Paşa Kıllıgilin xatirəsini bu gün də hörmət və ehtiramla yad edirlər.

1918-ci il mayın 28-də müstəqilliyini elan edən Azərbaycan Osmanlı dövləti ilə ilk müqaviləsini imzalayıb.


Oxunma sayı: 4577

Oxşar yazılar