ABŞ-da Rusiyaya növbəti SANKSİYA: Bu dəfə bir sıra neft şirkətlərinə...

  • 11:51 - 15 Sentyabr

Amerika Birləşmiş Ştatları daha bir Rusiya neft xidməti şirkətinə qarşı sanksiyalar tətbiq edib.

Avropa.info xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) bəyanatında deyilir.

Neft-qaz infrastrukturunun tikintisi üzrə ən iri podratçılardan biri olan “Velesstroy” MMC-yə məhdudiyyətlər qoyulub.

Bundan əlavə, SDN-Siyahıya "Stroygazconsulting"in aktivləri əsasında yaradılmış "Qazprom"un əsas tikinti podratçısı olan "Qazstroyprom" ASC daxildir.

Sanksiyalar həmçinin neft-qaz sənayesi üçün perforasiya sistemləri və kimyəvi reagentlər istehsalçısı olan Ufada yerləşən “BashVzryvTekhnologii” ASC-yə qarşı tətbiq edilib.

Sanksiya siyahısına qaz konserninin geoloji kəşfiyyat işlərinin operatoru olan “Qazprom Nedra” MMC də daxildir.


Oxunma sayı: 4093

Oxşar yazılar