Səudiyyə Ərəbistanında ŞOK HADİSƏ: İki hərbçini vətənə xəyanətdə...

  • 10:48 - 15 Sentyabr

Səudiyyə Ərəbistanının hakimiyyət orqanları iki hərbçini vətənə xəyanətdə ittiham edərək edam edib.

Avropa.info xəbər verir ki, məlumata görə, Səudiyyə Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı Məcid bin Musa Avad əl-Bələvi və baş serjant Yusif bin Rida Həsən əl-Azuni 2017-ci ildə həbs edilərək, edam cəzasına məhkum ediliblər. Məhkəmə hər iki hərbçinin vətənə xəyanətdə, əmrə tabe olmamaqda və “millətin maraqlarını qorumaqdan imtina etməkdə” təqsirli bilindiyi qənaətinə gəlib.

Prosesdə təqsirləndirilən şəxslər təqsirli olduqlarını etiraf ediblər. Kralın fərmanına əsasən, hökm cümə axşamı Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən Taif şəhərində icra edilib.

2021-ci ilin aprelində Səudiyyə Ərəbistanı hakimiyyəti üç hərbçini vətənə xəyanət və “düşmənlə əməkdaşlıq” ittihamı ilə edam edib.


Oxunma sayı: 3961

Oxşar yazılar