Rusiya XİN iki amerikalı diplomatı “persona non-qrata” elan etdi

  • 23:19 - 14 Sentyabr

ABŞ-ın Rusiyadakı səfiri Lin Treysi Xarici İşlər Nazirliyinə çağırılıb və Amerikanın Moskvadakı səfirliyinin iki əməkdaşı “persona non-qrata” elan edilib. 

Avropa.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sentyabrın 14-də nazirliyin saytında dərc olunmuş məlumatında deyilir. 

“Sentyabrın 14-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılan Amerikanın Moskvadakı diplomatik missiyasının rəhbəri Lin Treysi birinci katibin hərəkətlərinin diplomatik statusa uyğun gəlməməsi ilə bağlı rəsmi nota təqdim etməklə sərt demarş edib. ABŞ səfirliyinin C.Sillin və Səfirliyin ikinci katibi D.Bernşteyn”, - məlumatda deyilir. 

Xarici İşlər Nazirliyi qeyd edib ki, “bu şəxslər xarici dövlətlə “məxfi əməkdaşlıqda” ittiham olunan Rusiya vətəndaşı R.Şonovla əlaqə saxlamaqla qanunsuz fəaliyyət göstərib, ona Rusiya Federasiyasının milli təhlükəsizliyinə zərər vurmaq məqsədi ilə maddi təzminat verilməsi barədə tapşırıq verilib". 

Nazirlik qeyd edib ki, amerikalı diplomatlar “persona non-qrata” statusunda 7 gün ərzində Rusiya ərazisini tərk etməlidirlər. 

Xarici İşlər Nazirliyi “ABŞ diplomatik missiyasının qeyri-qanuni fəaliyyətinin, o cümlədən ev sahibi ölkənin daxili işlərinə qarışmasının qəbuledilməz olduğunu və qətiyyətlə qarşısı alınacağını” vurğulayıb. “Rusiya tərəfi Vaşinqtondan düzgün nəticə çıxaracağını və qarşıdurma xarakterli addımlardan çəkinməsini gözləyir”, - Rusiya nazirliyi yekunlaşdırıb.


Oxunma sayı: 3224

Oxşar yazılar