Azərbaycanlı rəssam skalpellə rəsmlər çəkir - FOTO

  • 16:37 - 14 Sentyabr

Azərbaycanlı rəssam Hüseyn Mirtağavi öz tablolarını kontrplak üzərində tibbi neştərlə çəkir. 

Avropa.info xəbər verir ki, bədii təhsilinin olmamasına baxmayaraq, 71 yaşlı Mirtəqavinin rəsmləri peşəkar əsərlərdən heç də geri qalmır. 

Rəssam 200-dən çox rəsm çəkib. O, yaradıcılığında Azərbaycanın və türk dünyasının digər ölkələrinin tanınmış incəsənət, ədəbiyyat və siyasət xadimlərinin obrazlarının yaradılmasına üstünlük verir. 

Onun əsərləri arasında Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın portretləri var. 

Hüseyn Mirtəqavi “Azərbaycan Milli Ensiklopediyası” Milli Mərkəzində elmi işçi vəzifəsində çalışır. 

“Anadolu”nun müxbiri ilə söhbətində rəssam rəssamlığa necə maraq göstərdiyindən, iş üsullarından danışıb. 

Mirtəqavinin dediyinə görə, uşaqlıqdan rəssamlığa maraq göstərib. Rəssamlığın əsaslarını ibtidai məktəbdə rəssamlıq müəllimindən öyrənib. 

O, rəssam olmaq arzusuna baxmayaraq, coğrafiya üzrə ali təhsil aldığını bildirib. O, bir müddət Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunda işləyib. Eyni zamanda, vaxtaşırı rəsmlər çəkib. 

“2011-ci ildən başlayaraq daha peşəkar işlərlə məşğul olmağa başladım, sonra faner üzərində rəsm çəkməyə başladım. Qələm və fırça əvəzinə skalpel seçdim. "Mən neştərlə rəsm çəkən yeganə rəssamam", - deyə o bildirib. 

Mirtağavi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın portretlərinin çəkilmə tarixini də bölüşüb. Onun sözlərinə görə, o, Türkiyə liderinin iki portretini yaradıb. “Onlardan birini Türkiyəyə səfərim zamanı Türkiyə İslam Araşdırmaları Mərkəzinə vermişəm.  "Ərdoğanın telefonla danışdığı obrazını yaratdım və tabloya “Səni dinləyirəm dünya” dedim", - deyə rəssam qeyd edib.


Oxunma sayı: 4984

Oxşar yazılar