Düşənbədə Mərkəzi Asiya dövlət başçılarının sammiti başlayır

  • 12:06 - 14 Sentyabr

Sentyabrın 14-də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının Beşinci Məşvərət Görüşü başlayır.

Avropa.info  xəbər verir ki,  tədbirdə Tacikistan prezidenti Emoməli Rəhmon, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Türkmənistan Serdar Berdiməhəmmədov və Özbəkistan prezidenti Şavkat Mirziyoyev iştirak edəcək. Bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyev iclasda fəxri qonaq qismində iştirak edəcək.

Mərkəzi Asiya dövlət başçılarının görüşlərinin təşəbbüskarı BMT Baş Assambleyasının 2017-ci ildə Nyu-Yorkda keçirilən 72-ci sessiyasında müvafiq təşəbbüslə çıxış edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev olub.

Tacikistanın paytaxtında keçiriləcək görüşlərin gündəliyinə siyasi qarşılıqlı fəaliyyəti gücləndirmək, dayanıqlı iqtisadi artımı təmin etmək, humanitar əlaqələri dərinləşdirmək, regional və ekoloji təhlükəsizliyə çağırış və təhdidlərə birgə cavab vermək məqsədilə əməkdaşlığın daha da inkişaf etdirilməsi, aktual regional və beynəlxalq problemlər məsələləri yer alacaq.

Ötən illər ərzində Mərkəzi Asiya dövlətləri liderlərinin ümumilikdə dörd məşvərətçi görüşü baş tutub: 2018-ci ildə Qazaxıstanın paytaxtında, 2019-cu ildə Daşkənddə, 2021-ci ildə Türkmənistanın Avaza turizm zonasında və 2022-ci ildə Qırğızıstanın Çolpon-Ata şəhərində.

Quru Aral dənizi ərazisində ekoloji fəlakətin aradan qaldırılması məqsədilə yaradılmış Beynəlxalq Aralın Xilasetmə Fondunun idarə heyətinin iclasının da sentyabrın 15-nə keçirilməsi planlaşdırılır.


Oxunma sayı: 4137

Oxşar yazılar