Azərbaycan Prezidentinin köməkçisindən mühüm AÇIQLAMA

  • 11:51 - 14 Sentyabr

Qafqazda sülhün bərqərar olması üçün hər iki tərəfə diqqət yetirmək lazımdır.

Avropa.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

“Azərbaycanın bu bölgəsi – Qarabağ 30 il ərzində qonşu Ermənistan tərəfindən işğal olunub. 1990-cı illərin əvvəllərində 1 milyona yaxın azərbaycanlının öz doğma yurdlarından didərgin düşdüyü və etnik təmizləməyə məruz qaldığı amansız müharibədən sonra işğalçı Ermənistan silahlı qüvvələri onun mərkəzində kiçik bir nöqtə istisna olmaqla, minlərlə kvadratmetr ərazini minalayıb. Azərbaycanın bu ərazisində qalan etnik ermənilərin icması Ermənistanla yeganə quru yolu – Laçın yolu ilə bağlanıb”, – Hacıyev xatırladıb.

O qeyd edib ki, “bu boz qanunsuzluq və mina zonası” üç il əvvəl 44 günlük münaqişə nəticəsində Azərbaycan Qarabağ ərazilərinin böyük hissəsini geri alana qədər mövcud olub və heç bir problem olmadan qalıb.


Oxunma sayı: 3433

Oxşar yazılar