Türkiyə XİN: Avropa Parlamentinin hesabatı ədalətsiz ittihamlar və qərəzlərlə doludur

  • 11:32 - 14 Sentyabr

Türkiyənin Xarici İşlər Nazirliyi Avropa Parlamentinin sentyabrın 13-də açıqladığı Türkiyə ilə bağlı 2022-ci il hesabatını pisləyib. 

Avropa.info xəbər verir ki, hesabatla bağlı Türkiyə XİN bəyanat yayıb.

“Hesabat anti-Türkiyə dairələri tərəfindən yayılan dezinformasiyaya əsaslanır və ədalətsiz ittihamlar və qərəzlərlə doludur. Bu, həm də Avropa Parlamentinin həm ölkəmizlə münasibətlərə, həm də Avropa İttifaqının (Aİ) gələcəyinə davam edən səthi və uzaqgörən yanaşmasının təzahürüdür”, - XİN-in bəyanatında deyilir. 

Bəyanatda deyilir ki, hesabat həm də Avropa Parlamentinin deputatlarının populist siyasətin əsiri olaraq qaldığını və “həm Aİ, həm də regiona düzgün strateji yanaşma inkişaf etdirməkdən uzaq olduğunu” göstərir. 

“Qitəmizin sabitliyi və təhlükəsizliyi baxımından belə kritik bir dövrdə, Türkiyə ilə Aİ arasında münasibətləri canlandırmaq üçün fürsət pəncərəsinin açıldığı bir vaxtda Avropa Parlamentinin Avropa İttifaqına üzvlüklə bağlı ölkəmizlə danışıqlar aparmaq əvəzinə bu cür addımlar atmasını ağılsız hesab edirik”, - bəyanatda deyilir.


Oxunma sayı: 4269

Oxşar yazılar