Paşinyan Putini HƏDƏLƏDİ: Rusiya prezidenti İrəvana ayaq basan kimi həbs olunacaq

  • 10:35 - 14 Sentyabr

Ermənistanın baş naziri Nikol Paşinyan Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarını məcburi qəbul edən Roma Statutunu ratifikasiya edəcəyini bildirib. Belə olan halda Putin Ermənistan ərazisinə ayaq basacağı təqdirdə həbs oluna bilər.

Avropa.info xəbər verir ki, Ermənistandan Rusiyanı qəzəbləndirəcək addım atılb. Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan parlamentindəki çıxışında Beynəlxalq Cinayət Məhkəməsinin son günlər ən çox müzakirə olunan qərarlarını qəbul edən Roma Statutunu məcburi qüvvə kimi ratifikasiya edəcəyini açıqlayıb.

Ermənistan hökumətinin Roma Əsasnaməsini parlamentə göndərdiyini xatırladan Paşinyan bildirib ki, “hökumət Roma Əsasnaməsini parlamentə göndərib. “Roma Əsasnaməsi mənim xahişimə uyğun olaraq deputatlarımızın dəstəyi ilə təsdiqlənəcək. Bu, Ermənistanın təhlükəsizliyi ilə bağlıdır”, – deyə o bildirib.

Ermənistanın 1999-cu il oktyabrın 1-də imzaladığı Roma Əsasnaməsi o vaxtdan parlamentdə təsdiqini gözləyir. Reqlament Ermənistanda təsdiq olunarsa, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) barəsində həbs qərarı çıxardığı Rusiya prezidenti Vladimir Putin Ermənistan ərazisinə ayaq basan zaman həbs oluna bilər.

Martın 17-də BCM Putinin Ukraynada törədilmiş hərbi cinayətlərə görə məsuliyyət daşıdığını iddia edərək, onun həbsinə order verib. BCM öz qərarında Putini uşaqları qanunsuz deportasiya etməkdə və insanları Ukrayna ərazisindən Rusiyaya qanunsuz köçürməkdə şübhəli bilinərək həbs etməyə çağırıb.


Oxunma sayı: 3906

Oxşar yazılar