Abşeronda 19 yaşlı hamilə arvadını bıçaqlayan ər SAXLANILDI

  • 22:35 - 13 Sentyabr

Abşeron rayonunun Qobu qəsəbəsində ailə-məişət zəminində hamilə həyat yoldaşını bıçaqlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev Avropa.info-ya bildirib ki, hazırda Abşeron Rayon Polis İdarəsində təhqiqat araşdırması aparılır.

Xəsarətin dərəcəsinin müəyyən olunması üçün müvafiq ekspertiza təyin edilib. İş üzrə toplanmış materiallar baxılması məhkəməyə göndəriləcəkdir.

Qeyd edək ki, Abşeron rayonunun Qobu qəsəbəsində ailə-məişət zəminində dava düşüb. Nəticədə 19 yaşlı N. A. yaşadığı evdə həyat yoldaşı Alim Nərimanov tərəfindən bıçaqlanıb.


Oxunma sayı: 24663

Oxşar yazılar