Azərbaycan futbolunda dava düşdü - VİDEO

  • 20:29 - 13 Sentyabr

Bu gün futbol üzrə Azərbaycan I Liqasında yeni mövsümə start verilib.

Avropa.info “qafqazinfo”ya istinadən xəbər verir ki, Yevlaxda keçirilən “Karvan” - “Mingəçevir” matçında dava düşüb.

Buna səbəb “Karvan”ın kapitanı Müşfiq Teymurovun əvəzlənərkən mingəçevirli azarkeşlərə qeyri-etik jest göstərməsi olub. Nəticədə meydanda ara qarışıb, matçda bir neçə dəqiqəlik fasilə yaranıb.

Matçın baş hakimi bu davadan irəli gələrək üç futbolçuya qırmızı vərəqə göstərib. Bunlardan ikisi qonaqların, biri də meydan sahiblərinin “payına düşüb”.

Həmin anın görüntülərini təqdim edirik:


Oxunma sayı: 29932

Oxşar yazılar