I Qarabağ müharibəsində itkin düşmüş döyüşçünün nəşi 30 ildən sonra Füzulidə dəfn olunub - YENİLƏNİB

  • 14:57 - 13 Sentyabr

Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçüsü Şəmsəddin Allahverdiyevin meyitinin qalıqları 30 ildən sonra Füzuli rayonunda dəfn olunub.

Avropa.info report-a istinadən xəbər verir ki, şəhid rayonun Mahmudlu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

***14:05

Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçüsü Şəmsəddin Allahverdiyevin meyitinin qalıqları 30 ildən sonra Füzuli rayonuna gətirilib.

Avropa.info report-a istinadən xəbər verir ki, hazırda şəhidlə vida mərasimi keçirilir.

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimindən sonra şəhid rayonun Mahmudlu kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Allahverdiyev Şəmsəddin Əvəz oğlu 1971-ci il iyulun 1-də Füzuli rayonunun İşıqlı kəndində anadan olub. Yaxınlarının bildirdiyinə görə, ərazi özünümüdafiə dəstələri yaranan ilk gündən könüllü olaraq ordu sıralarına yazılıb. Bir çox hərbi əməliyyatlarda və erməni silahlı birləşmələrinin Azərbaycanlıların yaşadığı yaşayış məntəqələrinə hücumlarının qarşısının alınmasında iştirak edib. Ş.Allahverdiyev 1993-cü il mart ayının 27-də Füzuli rayonu Cuvarlı kəndi istiqamətində gedən döyüşlərdə itgin düşüb.

2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə torpaqlarımız işğaldan azad olunandan sonra həmin ərazilərdə azərbaycanlıların kütləvi şəkildə basdırıldığı məzarlıqlar aşkarlanıb.

Ekspertiza nəticəsində meyit qalıqlarından birinin Ş. Allahverdiyevə məxsus olduğu təsdiqlənib.

 

 

 

 

 

 

 


Oxunma sayı: 3675

Oxşar yazılar