İrandan yeni İDDİA: Dünyanın yalnız 4 ölkəsində var - FOTO

  • 20:51 - 11 Sentyabr

İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) dünyada nadir rastlanan və ələ keçirilə bilməyəcəyi iddia edilən hipersəs ballistik raketlər hazırlayır. 

Avropa.info xəbər verir ki, İranın “Tasnim” xəbər agentliyinin məlumatına görə, Nilfuruşan “Yeni nəsil hipersəs ballistik raketləri inkişaf etdirdiklərini deyib. 

“Bu gün 2 min kilometr uçuş məsafəsinə malik “Fəttah” hipersəs raketi kimi silahlarımızın keyfiyyətini və imkanlarını artırmağı hədəfləyirik”, - deyə o bildirib. 

İran ilk yerli istehsal hipersəs ballistik raketini 2022-ci ildə hazırlayıb. 

İnqilab Keşikçiləri Hərbi Hava Qüvvələrinin komandanı Əmir Hacızadə ötən ilin iyununda keçirilən silah sərgisi zamanı Fəttah adlı bu raketi təqdim edib. 

Hacızadənin sözlərinə görə, raket 1400 kilometr uçuş məsafəsinə malikdir və düşmənin hava hücumundan müdafiə sistemləri üçün “demək olar ki, aşkar edilmir”. 

Beləliklə, İran hipersəs silahlarına sahib olan dördüncü ölkə olma xüsusiyyətinə malikdir. Hipersəs silahlarına sahib olan digər ölkələrə Rusiya, Çin və ABŞ daxildir.

Foto - Dünyada sadece 4 ülkede var! 'Yakalanamaz füze yaptık' diyerek duyurdular

 

Foto - Dünyada sadece 4 ülkede var! 'Yakalanamaz füze yaptık' diyerek duyurdular

Oxunma sayı: 4577

Oxşar yazılar