30 nəfər üçün təlimlər başlayıb - FOTO

  • 17:26 - 11 Sentyabr

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi, Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnsan alveri qurbanları üçün sığınacaqların potensialının artırılması” layihəsi çərçivəsində təlimlərə başlayıb.

Layihənin icra müddəti 3 ay,  əsas tərəfdaşı DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsidir.

Layihənin icra yeri “Təmiz Dünya” QYİB-nin nəzdində fəaliyyət göstərən genderəsaslı zorakılıq qurbanları üçün sığınacaqdır. 

Layihə müraciətində əsas hüquqi istinad 2020 – 2024- cü illlər üzrə Milli Fəaliyyət Planında 4.4 bəndinin (İnsan alveri qurbanlarının sosial reabilitasiyası və müdafiəsi) 4.4.4, 4.4.6 yarımbəndlərində və qeyri-dövlət sığınacaq, yardım mərkəzlərinin, digər sosialyönümlü müəssisələrin imkanlarının öyrənilməsi, onların potensialının artırılması üçün maliyyə vəsaitinin ayrılmasıdır.

Nəzərdə tutulan fəaliyyətlər çərçivəsində icra planına uyğun olaraq layihə ilə bağlı ictimaiyyətin  və tərəfdaş dövlət qurumunun məlumatlandırılması həyata keçirilib.  

Hazırda sığınacaqda məskunlaşmış 30 nəfər potensial, ehtimal edilən və insan alveri qurbanlarına təlimlərin icrasına başlanıb. Həftənin hər altı və bazar günləri müxtəlif mövzularda təlimlərin keçirilməsi planlaşdırlır. İlk təlim qadın və uşaq sakinlər üçün “Hüquqlarını bil, ondan istifadə et”, “Dövlət qurumlarına müraciət qaydaları, qaynar xətlər barədə məlumatlar” mövzusunda keçirilib. 

 O cümlədən layihə müddətində, yəni 3 ay ərzində  potensial,  ehtimal edilən və insan alveri qurbanlarının aşkarlanması, xidmətə cəlb edilməsi, aşkarlanan ehtimal edilən qurbanların DİN-in İAQMBİ istqiamətləndirilməsi də paralel aparılır. Sığınacaq xidmətlərindən bəhrələnmiş şəxslərə  inteqrasiya prosesinə dəstəyin göstərilməsi də xidmət paketinə daxildir. 

Avropa.info

 

 

 

 


Oxunma sayı: 2069

Oxşar yazılar