Zurabişvilinin impiçmenti ilə bağlı sənədlər Gürcüstan Konstitusiya Məhkəməsinə veriləcək

  • 17:25 - 11 Sentyabr

Gürcüstan prezidenti Salome Zurabişvilinin impiçmenti ilə bağlı sənədlər çərşənbə axşamı, sentyabrın 11-də ölkənin Konstitusiya Məhkəməsinə təqdim olunacaq. 

Avropa.info-nun məlumatına görə, yerli mətbuat xəbər verir ki, bunu hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze deyib. 

Onun sözlərinə görə, Konstitusiya Məhkəməsi bir ay ərzində öz rəyini ictimaiyyətə və parlamentə təqdim etməlidir. 

“Əlbəttə, biz bu nəticəni gözləyəcəyik və bundan sonra prosedurlar davam edəcək”, - Kobaxidze deyib. 

Bundan əvvəl Gürcüstanda hakim “Gürcü arzusu” partiyasının təşəbbüsü ilə prezident Salome Zurabişvilinin impiçmenti proseduru başlayıb.


Oxunma sayı: 3928

Oxşar yazılar