QHT-nin "Uşaq istismarına biganə qalmayaq" adlı layihəsi davam edir - FOTO

  • 17:17 - 11 Sentyabr

"Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Uşaq istismarına biganə qalmayaq!” adlı layihəsi davam edir.

Avropa.info xəbər verir ki, təşkilar icra planına uyğun olaraq Neftçala rayonunda insan alveri ilə, xüsusilə də uşaq əməyinin istismarı, uşaqların cinsi istismarı, onun dağıdıcı effektləri barədə, həmçinin uşaq istismarının ağır cinayət olması barədə cəmiyyətin məlumatlılıq səviyyəsini araşdırmaq məqsədilə keçirdiyi sorğunun nəticələrinin müzakirəsinə həsr olunmuş konfrans təşkil edib.

İcra Hakimiyyətinin, Polis Şöbəsinin, məktəb müəııim və direktorlarının, sahibkarların və rayonun fəal gənclərinin iştirak etdiyi konfransda Neftçala rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi, "Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq komissiyasının katibi Gövhər Məmmədova, Neftçala rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanların proflaktiki işin təşkili qrupunun baş inspektoru, polis mayoru Yalçın Qafarov, Neftçala rayon Polis Şöbəsinin Təşkilat-İnspeksiya qrupunun baş inspektoru, polis mayoru Tükəzban Cəbrayılova, 1 saylı tam orta məktəbin direktor müavini Mehriban Tağıyeva iştirak edib. Onlar öz çıxışlarında uşaq əməyinin istismarı, uşaqların cinsi istismarı, onların məcburi diləndirilməsi və ümumiyyətlə uşaq istismarının bütün növlərinə qarşı rayonda mütəmadi olaraq aidiyyatı qurumla birgə həyata keçirdikləri  proflaktik tədbirlər haqqında məlumat veriblər.

"Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova  çıxış edərək bildirib ki, sorğunun nəticələrindən də göründüyü kimi  insan alveri ilə, xüsusilə də uşaq əməyinin istismarı, uşaqların cinsi istismarı, onun dağıdıcı effektləri barədə, həmçinin uşaq istismarının ağır cinayət olması barədə cəmiyyətin məlumatlılıq səviyyəsini artırmaq üçün aidiyyatı dövlət qurumları öz aralarında əməkdaşlığı möhkəmləndirməli, təbliğat və maarifləndirmə işlərini daha da gücləndirməlidirlər.

 

 

 

 

 

 

 

 


Oxunma sayı: 5809

Oxşar yazılar