Ağdamın Baş Qərvənd kəndində Slovakiya tərəfindən “Ağıllı kənd” layihəsi həyata keçiriləcək

  • 18:46 - 05 Sentyabr

Ağdamın Baş Qərvənd kəndində Slovakiya tərəfindən “Ağıllı kənd” layihəsi həyata keçiriləcək.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 5-də Slovakiya parlamentinin sədri Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bildirilib.

Slovakiya nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərimizə səfər edəcəyi məmnunluqla qeyd olunub və bunun həmin ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri ilə yaxından tanışlıq üçün yaxşı imkan yaradacağı bildirilib.


Oxunma sayı: 12178

Oxşar yazılar