![](/ckfinder/userfiles/images/kriminal/sosial/qaraba%C4%9F%20klub%201693638947_mg_6237%5B1%5D.jpeg)
UEFA Avropa Liqası: "Qarabağ"ın oyunlarının VAXTI BİLİNDİ
- 11:21 - 02 Sentyabr
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi bəlli olub.
Avropa.info xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda sentyabrın 21-də, I turda Norveçin "Molde" kollektivini qəbul edəcək.
Ölkə çempionu II turda, oktyabrın 5-də İsveçdə "Hakken"in qonağı olacaq.
"Köhlən atlar" oktyabrın 26-da və noyabrın 9-da, müvafiq olaraq III (səfər) və IV (ev) turlarda Almaniya nəhəngi "Bayer 04"lə üz-üzə gələcək.
Noyabrın 30-da, V turda "Molde"nin qonağı olacaq ağdamlılar, dekabrın 14-də, sonuncu turda Bakıda "Hakken"i sınağa çəkəcək.