Senator gözəlçələrə dövlət adından viza göndərirmiş... - ermənilərin dayağı korrupsiyada ittiham olunur (SENSASİON DETALLAR)

  • 10:11 - 28 Avqust

“The New York Post” sıradan bir qəzet deyil. Bu qəzetin əsası 1801-ci ildə Amerikanı dövlət kimi inşa edən kişilərdən bir olan Alexander Hamilton tərəfindən qoyulub. Hazırda nüfuzuna görə ABŞ-ın dördüncü qəzeti sayılır. “The New York Post” qəzətində “Sen. Bob Menendez’s wife sold $400K in gold bars months before his office admitted he was facing federal probe” (Sen. Bob Menendezin arvadı 400 min dollar qızıl külçə satıb, satış onun ofisinin federal araşdırma ilə üzləşdiyini etiraf etməsindən aylar əvvəl həyata keçirilib) adlı məqalə ilə çıxış edib. 

Məqaləyə keçməmişdən öncə bir-iki məsələyə aydınlıq gətirək: Demokrat senator Robert Menendez (Bob Menendez) kimdir? 1954-cü ildə doğulan bu siyasətçi 2006-cı ildən ABŞ Senatının üzvüdür. Türkiyə və Azərbaycanda türk düşməni kimi tanınır. Bəs onun 400 min dollarlıq qızıl külçəsi satan arvadı kimdir? Bu sualın cavabı xüsusi ilə önəmlidir. Belə ki, senator 2020-ci ildə erməni əsilli Nadine Arslanianla rəsmən evlənib. 1976-cı ildə-gənc vaxtlarında cənab Menenedez Jane Jacobsenla evli olub. Bu evlilikdən onun 2 uşağı var. O, birinci xanımından 2005-ci ildə ayrılıb. Ən önəmlisi isə odur ki, Senatın Xarici Əlaqələr komitəsinin sədri olan Bob Menendez Nadine Arslanianla evləndikdən sonra türklərə düşmən kəsilib. Ermənilərin ən güclü lobbi təşkilatı kimi tanınan Amerika Erməniləri Milli Komitəsinin sevimlisinə çevrilib. Avropa.info xəbər verir ki, Bob Menendez özü kimi ermənilərə nökərçilik edən senatorları başına yığaraq Laçın yolunun dəhliz statusunda açılması üçün Amerikadan Azərbaycana təzyiq göstərməsini tələb edir. Dediyi odur ki, Amerika Azərbaycana göstərdiyi illik hərbi yardımı (100-120 milyon dollar civarında) dayandırsın, hərbi yardım ayırmadığı Ermənistana maliyyə dəstəyi versin. 

Nadine Arslanian and Sen. Bob Menendez at the White House

Təbii ki, Rusiya və İrana dost olan Ermənistana ABŞ elə bir dəstək vermək fikrində deyil. Senatorun ən böyük arzusu isə 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən 907-ci düzəlişin yenidən qüvvəyə minməsi ilə bağlıdır. Bu isə Azərbaycana Amerikanın birbaşa dövlət yardımının yasaqlanması deməkdir. 907-ci düzəliş 2001-ci il 11 sentyabr hadisələrindən sonra (Əl-Qaidənin Amerikaya silsilə terror hücumları) Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə Amerikaya dəstəyini təmin etmək məqsədilə oğul Corc Buş tərəfindən donduruldu. Maraqlıdır ki, 907-ci düzəliş ata Corc Buş dönəmində qüvvəyə minmişdi. Onu da deyim ki, “The New York Post” qəzəti, elə digər Amerika nəşrləri də Bob Menendez rüşvətxorluqda mütəmadi şəkildə ittiham edib. Ancaq bu qəzet ilk olaraq bu məsələni gündəmə gətirib. Məsələn, 2018-ci ilin 6 oktyabrında “The New York Post” qəzeti yazmışdı ki, “ShamelesslyCorruptMenendez.com” veb-saytı (bu saytın adı xüsusi ilə önəmlidir. Təxminən belə tərcümə oluna bilər: Utanmaz və ya həyasız korrupsioner Menedes.com saytı) seçicilərinə bildirir ki, Nyu Cersi ştatından iki dəfə senator seçilən cənab Menedez 2017-ci ildə rüşvət almaqda ittiham olunur və federal korrupsiya məhkəməsi ilə üzləşib. Bob Menedez fırıldaqçı dostu Salomon Melgen ilə cinayət əlaqəsində olduğu məhkəmələrdə dəfələrlə araşdırılıb. Prokurorlar iddia edirdilər ki, Melgen bir neçə il ərzində yaşlı xəstələri lazımsız göz müalicələrindən keçməyə razı salaraq “Medicare”-dən 73 milyon dollar, bəzi mənbələrdə isə 128 milyon dollar oğurlayıb. Gördüyünüz kimi, söhbət ciddi məbləğdən gedir. Salomon Melgen Amerikada Demokratlar Partiyasına ianə edən iş adamı kimi tanınır. Cənab Melgenin 2012-ci ildə Menendezin yenidən seçilməsinə kömək edə biləcək qurumlara 660 min dollar ianə verib. Cənab Menendezin uçuşlarının pulunu ödəyib. Onun aldığı bahalı hədiyyələrin hesabını bağlayıb. O cümlədən Paris otelinə 4934 dollar ödəyib. Donlad Tramp dönəmində o, 17 il müddətinə həbs olunsa da az sonra yenidən azadlığa çıxıb. 

Senator Bob Menendez, Jonathan Koppell, former Secretary of State Hillary Rodham Clinton and Nadine Arslanian.

Ümumiyyətlə, Amerikanın konqresmenləri də, senatorları da açıq şəkildə müxtəlif iş adamlarından pul alırlar və bunun müqabilində onların maraqlarının müdafiəçisinə-lobbi xidmətçisinə çevrilirlər. Bu məsələnin mahiyyətini başa düşmək üçün mərhum Heydər Əliyevin bir açıqlamasına diqqət etməkdə fayda var. 4 oktyabr 1998-ci ildə “The New York Times” qəzetinin müxbiri Cefri Qoldberqin Amerikada səfərdə olan Azərbaycan prezidentinə belə bir sual verir: “Amerikada korrupsiyanın hansı növünü görürsünüz?” Heydər Əliyev bu suala tarixi bir cavab verib: “Konqresmenlərdən soruşuram ki, Ermənistanla niyə belə yaxın münasibətləriniz var və onlar deyirlər ki, erməni diasporu bizə çoxlu pul verir. İndi bu, korrupsiyadır, ya yox?” “The New York Post” qəzetində yuxarıda adını çəkdiyimiz məqalədə də söhbət məhz bu kimi məsələlərdən gedir. Bəllidir ki, cənab Menendezin erməni xanımı Nadine Arslanian ictimaiyyətə bir müddət özünü biznes-ledi kimi təqdim edib. Ancaq bu məqalədən aydın olur ki, Nadine Arslanianın maliyyə durumunda müəyyən problemlər var: “Qızıl külçələrin satışı 2020-ci ildə Menendezlə evlənməmişdən əvvəl maliyyə cəhətdən çətinlik çəkən, hətta evinin girov qoyulması ilə üzləşdiyi bildirilən Arslanian üçün əlamətdar maliyyə dönüşü oldu. Ancaq bu cütlük münasibətlərinin başlanğıcından bir neçə ay sonra yeni ailə Federal Təhqiqat Bürosunun istintaq araşdırmalarının mərkəzində yer aldı”. “Məlumatlara görə, Manhetten federal prokurorları senatorun və ya onun həyat yoldaşının siyasi lütflər müqabilində avtomobil və Vaşinqtonda mənzil də daxil olmaqla bildirilməyən lüks hədiyyələr alıb-almadığını bilmək istəyir. İstintaq ikinci dəfədir ki, korrupsiya iddialarına görə federal orqanlar tərəfindən təhqiqat aparır. Bob Menendesa ilə bağlı uzun müddət davam edən Nyu Cersi ştatında aparılan istintaq 2011-ci ildə heç bir ittiham irəli sürülmədən başa çatdı”. Sözügedən məqalənin müəllifi olan Isabel Vincent 1965-ci ildə Kanadada doğulub. Araşdırmaçı jurnalist kimi tanınır. 5 kitabın müəllifi olan jurnalist yazır ki, Bob Menendez Dominikan əsilli dostu Salomon Melgenin gözəlçə qız dostları üçün viza düzəldib. Bu vizalar əsasında Braziliya, Ukrayna və Dominikan Respublikasıından olan gözəlçələr Amerikaya gələ bilib. Bob Menendezin senatdakı ofisinin 6 əməkdaşı bu işlə məşğul olub. Viza alanlar arasında ukraynalı aktrisa və model Svitlana Buçik də var. Dostunun şəxsi təyyarəsindən həvəslə istifadə edən Bob Menendez haqqında Arslanian dedikləri də maraqlıdır: "O, çox ağıllıdır. Yüksək yumor hissi var və çox, özü də lap çox hərarətlidir". 

Rosiell Polanco

Məqalədə deyilir ki, növbəti beş ayda onlar dörd qitəni ziyarət etdilər və oktyabr ayında o, konqres nümayəndə heyətinin tərkibində nişanlısını da Hindistana səfərə apardı. Boşanmış Menendez mükəmməl bir təklif verdi: Arslanyan Tac Mahalın qarşısında prinsessa Diananın 1992-ci ildə oturacaqda oturarkən o, "Never Enough" mahnısını ifa etdi. O, 2017 ildə çəkilmiş "Ən Böyük Şoumen" filmindəki mahnını oxuyaraq və əlində tutduğu üzüklə Nadine Arslanianın qarşısında diz çökdü və ona evlilik təklif etdi. Gördüyünüz kimi, senator əsl centlmendir... “The New York Times” isə xəbər verir ki, senator nişanlısının maliyyə problemləri ilə mübarizəyə başlayır. Belə ki, erməni xanım 2014-cü ildə ipoteka ilə aldığı mənzilin aylıq haqqı olan 1.897 dolları ödəməkdə çətinlik çəkirdi. Yəni bu xanımın biznes-ledi olması söhbəti də uydurmadan başqa bir şey deyilmiş. Məqalədəki bu məqam isə bizim üçün xüsusi maraq kəsb edir. Nadine Arslanian 2020-ci ildəki çıxışlarının birində deyir ki, o, Menendez üzərindən Senatı 1915-ci il erməni soyqırımının tanınması üçün təkan verməyə təşviq edib. Məqalədəki bu fakt da cənab Menendezin anti-türk fəaliyyətindən xəbər verir. Belə ki, o, yunan Kiprinin cənub-qərb hissəsində yerləşən Pafos şəhərinin fəxri vətəndaşı elan olunub. Mifologiyaya görə, Pafos yunan sevgi tanrısı Afroditanın vətənidir. Erməni xanımla eşq macəraları yaşayan senator üçün bu şəhərin mifik keçmişi də cəlbedici görünür... 

Elbəyi Həsənli, Sürix

Avropa.info


Oxunma sayı: 64351

Oxşar yazılar