Tanınmış azərbaycanlı futbolçu Türkiyədə qəfil dünyasını dəyişdi

  • 15:55 - 25 Avqust

Azərbaycan futboluna ağır itki üz verib.

Fanat.az-ın əldə etdiyi məlumata görə, Şəhriyar Rəhimov dünyasını dəyişib.

Müdafiəçinin Türkiyədə vəfat etdiyi bildirilir. O, qardaş ölkəyə müalicəyə getmişdi.

Qeyd edək ki, Şəhriyar Rəhimov karyerasını ötən il "Səbail"də başa vurmuşdu.

Onun davamlı aldığı zədələr nəticəsində yaranan xroniki ağrıları bu qərarı verməsinə səbəb olmuşdu.


Oxunma sayı: 18778

Oxşar yazılar