.jpg)
"Qarabağ" braziliyalı futbolçu transfer etdi - Rəsmi
- 00:24 - 22 Avqust
"Qarabağ" Bolqarıstanın "Lokomotiv" (Plovdiv) klubundan Mateus Silvanı transfer edib.
Avropa.info xəbər verir ki, uzun müddət davam edən danışıqlar uğurla tamamlanıb və 25 yaşlı müdafiəçi ilə 2+2 illik müqavilə imzalanıb.
Braziliyalı futbolçu komandada 2 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, "Qarabağ" bu yay Hamidu Keyta, Juninyo, Patrik Andrade, Andrey Lunyevi transfer edib.