Ayasofya ilə bağlı diqqətçəkən DETAL: Təmir edilən zamanı diqqət çəkdi (VİDEO)

  • 10:00 - 27 İyul

Yarım əsrdən çox Topkapı Sarayında usta rəssam kimi çalışan, Memar Sinan Gözəl Sənətlər Universiteti (MSGSÜ) Peşə Liseyi Memarlıq və Şəhərsalma Bölümündə müəllim işləyən Hamit Üçerin oğlu Üçer unudulmaz xatirələrini danışıb. 

Avropa.info xəbər verir ki, Üçer Ayasofyada təmir işləri əsnasında atası ilə şahidlik edərək yaşadığı və öyrəndiyi maraqlı məqamları bölüşüb.

Ayasofyanın günbəzinin müxtəlif xüsusiyyətlərə malik olduğuna diqqət çəkən Üçer deyib:

"Biz Ayasofyanın bərpası zamanı günbəzin üzərində işləyərkən işçilərin tez-tez yıxılaraq huşlarını itirdiyini görürdük. İşçiləri həkimə apardıq və həkim dedi ki, Ayasofiyanın içinə çəkilən havadan buradan nümunə götürülməlidir. Nümunə götürüldü və nəticədə anladıq ki, aşağıda əmələ gələn isti hava yuxarıda toplanır və nəfəs aldığımız zaman bir müddət sonra tarazlığın itirilməsinə səbəb olur. Buna görə işçilər huşlarını itirib yıxılırlar. Sonra həmin işçiləri orada işə götürməməyə başladıq, amma bir qərara gəldik. Atam dedi ki, buranı havalandırmaq lazımdır. Sonra dedi ki, bax, burada bir qol girəcək qədər dəlik var, əslində bunlar hava dəlikləridir, buradan hava gəlib-getmir, demək ki, yuxarıda qurğuşun örtərkən bu hava dəliklərini bağlayıblar. Sonra usta gəlib o dəlikləri açan kimi günbəzin atmosferi dəyişdi. Biz başa düşdük ki, Ayasofiyada kifayət qədər yaxşı havalandırma sistemi var ki, qolunuzu uzatdığınız zaman əlinizin yuxarı çəkildiyini hiss edə bilərsiniz", - deyə Üçer qeyd edib.  


Oxunma sayı: 14774

Oxşar yazılar