Azərbaycanda icra başçısının qardaşı ÖZÜNÜ GÜLLƏLƏDİ - SENSASİON TƏFƏRRÜAT

  • 01:12 - 27 İyul

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun kiçik qardaşı Azər Qaraşov silahla ehtiyatsız davranaraq özünə atəş açıb.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə 26 iyul, axşam saat 17:00 radələrində rayonun Pirəköcə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1975-ci il təvəllüdlü Azər Azay oğlu Qaraşov yaşadığı evdə ov tüfəngini təmizləyərkən ehtiyatsızlıq edib və silah onun əlində açılıb.

Nəticədə Azər Qaraşov qarın nahiyəsindən ağır xəsarət alıb və o elə hadisə yerindəcə dünyasını dəyişib. Bundan sonra hadisə yerinə rayonun hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Qeyd edək ki, mərhum Azər Qaraşov 3 uşaq atası idi və rayonun Pirəköcə kəndində ata evində yaşayırdı. Hazırda faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.

taleh-qarasovun-qardasi-intihar-etdi
1690401416_14b54fd02f4d51642e1da3f2bc1ff92520230619084201-85474-89-jpg.jpg (34 KB)

Oxunma sayı: 20582

Oxşar yazılar