"Netanyahu Ərdoğana yalnız paxıllıq edə bilər..." - İsrailin məşhur qəzeti Türkiyənin kürəsəl dövlətə çevrildiyini YAZIR

  • 00:10 - 27 İyul

İsrailin “Haaretz” qəzeti Netanyahu ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı müqayisə edən təhlilində Netanyahunun Ərdoğana ancaq paxıllıq edə biləcəyini qeyd yazıb.

Avropa.info xəbər verir ki, qəzetin “Netanyahu ancaq Ərdoğana paxıllıq edə bilər” təhlil yazısında Türkiyənin xarici siyasəti diqqət mərkəzində olub. 

Prezident Rəcəb Tayyib Ərdoğanın xarici siyasəti İsrailin baş naziri Binyamin Netanyahudan fərqli olaraq Moskva ilə Vaşinqton, Ukrayna ilə Rusiya arasında balanslaşmış bir siyasi xəttdir. Netanyahu Prezident Ərdoğanla görüşəcəyi Türkiyə səfərini təxirə salmasaydı, paxıllıq edəcək bir liderlə görüşəcəkdi. 

Türkiyənin Taxıl Dəhlizi Sazişindəki rolu Rusiyanın bu sazişdən çıxmasından sonra yenidən ön plana çıxdı. ABŞ dövlət katibi Antoni Blinken “ABŞ Rusiyanı Qara Dəniz Taxıl Sazişinə qaytarmaq üçün Türkiyəyə güvənir. Biz Türkiyənin bu razılaşmanın yenidən işlək olmasında artıq oynadığı liderlik rolunu oynamasını gözləyirik”, dedi. Netanyahu belə bir mesajı ancaq xəyal edə bilər. 

Taxıl sövdələşməsi prezident Ərdoğanın keçən il əldə etdiyi ən mühüm nailiyyət idi. Ərdoğan üçün prosesin zamanlaması əla idi. Prezident Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə yaxın münasibətləri var. Bu, Türkiyənin Avropa İttifaqı və ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları həyata keçirməməsindən görünür. Son bir ildə iki ölkə arasında ticarət dövriyyəsi təxminən iki dəfə artıb. Rusiyanın Türkiyəyə ixracı 59 milyard dollara çatdığı halda, Türkiyənin Rusiyaya ixracı 10 milyard dollara yüksəlib. Ərdoğan özünü beynəlxalq vasitəçi rolunda görür. Məhz bu səbəbdən taxıl ixracında hər iki tərəf üçün müsbət nəticələr əldə edildi", -deyə İsrail qəzetinin yazısında qeyd olunur.


Oxunma sayı: 15225

Oxşar yazılar