
Messi "İnter Mayami"də debüt oyununda qələbə qolunu vurub - VİDEO
- 15:33 - 22 İyul
Amerikanın "İnter Mayami" futbol klubunun argentinalı hücumçusu Lionel Messi klubdakı ilk oyununda qol vurub.
Avropa.info Trend-ə istinadən bildirir ki, Messi "Leagues Cup" turnirinin qrup mərhələsində "Krus Asul"a qarşı matçda 90+4-cü dəqiqədə cərimə zərbəsindən fərqlənib.
Argentinalının bu qolu "İnter Mayami"yə qələbə qazandırıb. Oyun 2:1 hesabı ilə ABŞ klubunun xeyrinə başa çatıb.
Qeyd edək ki, Messi bu yay Fransanın PSJ klubundan "İnter Mayami"yə keçib.